Tanınmış müğənni Dilarə Kazımova 16 və 17 iyun tarixlərində ölkəmizi “Star of Asia” beynəlxalq musiqi fevtivalında təmsil edəcək.

Open.az xəbər verir ki, ifaçı Qazaxıstanın Almatı şəhərində baş tutacaq festivala təşkilatçılar tərəfindən dəvət alıb.

D.Kazımova həmin gün səhnəni dünya ulduzları ilə bölüşəcək. Tədbirin xüsusi qonağı əslən iranlı müğənni Araş olacaq.

Festivalın digər dünyaca məşhur simaları isə Amerikadan Anastasiya, Özbəkistandan Sevara, Rusiyadan isə “Serebro” qrupudur.

Qeyd edək ki, “Star of Asia” beynəlxalq musiqi festivalı “Medeu” İdman Kompleksində baş tutacaq.