Bir müddətdir müğənni Damlanın Rusiyadan deportasiya edildiyi şaiyəsi yayılıb.

Open.az xəbər verir ki, bəziləri Damlaya Rusiyada yaşayan həmkarı Rəqsanənin qadağa qoydurduğunu deyib.

Lakin Rəqsanə bütün bu söz-söhbətlərə son qoyub:

“Mənim Damlayla nə işim var? Uşaqdır, ona baxanda öz gəncliyim yadıma düşür. Bəli, əlim çox uzundur. Lakin Damlaya qadağa qoydurmamışam. Nə işimə qalıb? 3-4 ildir sənətə gələn adamdır. Damla özü yaxşı bilir ona kim qadağa qoydurub. Bu onun şəxsi həyatı ilə də bağlı ola bilər”.