"Maşın" şounun finalçılarından olan reper Uran ötən gün səhhətindəki problemlərə görə, avtomobildən əlini çəkərək oyundan gedib.

Open.az xəbər verir ki, Fransada yaşayan reper səhhətinə etinasız yanaşdığı üçün, yarışmanı tərk etməli olduğunu açıqlayıb.

Verilişi tərk etdikdən sonra isə o, "Maşın" şou haqqında rep deyərək, videonu sosial şəbəkədə paylaşıb.

Sözügedən görüntüləri təqdim edirik.

Публикация от Uran (@uranfm)