Xalq artisti Brilliant Dadaşova ötən gün oğlu Cahadın doğum gününü təmtəraqlı qeyd edib.

Open.az xəbər verir ki, sənətçi 28 yaşı tamam olan oğlunun şad gününü paytaxt restoranlarından birində keçirib.

Gecədə Dadaşovanın ailə üzvləri, yaxın qohumları və rəfiqəsi xalq artisti Zülfiyyə Xanbabayeva da iştirak edib.

Mərasimdən olan görüntüləri Cahadın özü sosial şəbəkə hesabında yayımlayıb. Ad günündə maraqlı anlar yaşanıb. Övladını təbrik edən xalq artisti onu qucaqlayaraq ağlayıb.

Qeyd edək ki, Cahad Hacıyev 1990-cı il avqustun 9-da Bakıda doğulub. O, da anası kimi sağlam həyat tərzi yaşayır, idmanla məşğul olur. C.Hacıyev Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin oğludur.

A post shared by Jahad Hajiyev (@johnny_h350) on