“Bozbash Pictures” serialında “Şəmi” obrazını canlandıran İlkin Həsəni yeni doğulan körpəsi Alisa ilə fotosunu paylaşıb.

Open.az xəbər verir ki, Həsəni fotoda bacısı qızı Nigarla birlikdə görüntülənib. Məşhur qızı və bacısı qızı ilə eyni rəngdə köynək geyinərək maraq cəlb edib. İlkin sözügedən fotoya belə şərh verib:

“Alisa dünyaya gələr-gəlməz "yəqin ki, qızını Nigardan daha çox istəyəcəksən, hə?" sualları başlandı. Bu sualların bir cavabı oldu ki, Nigara olan sevgi, istək bambaşqadır və bu sevgi heç bir zaman bitməyəcək. Allah bütün balaları qorusun, olmayanlara da qismət eləsin”.

 “Bozbash Pictures”in “Şəmi”si övladı ilə birlikdə - FOTO