Rusiyada yaşayan azərbaycanlı aktrisa Fatimə Abbasquliyeva onu zorladığını iddia etdiyi müəllimi, məşhur rejissor Mark Razovskni məhkəməyə verib.

Open.az xəbər verir ki, Fatimə bu barədə “Instagram” hesabında məlumat verib:

“12 ildən sonra Razovskini məhkəməyə verdim. RF Cinayət Məcəlləsinin 131 və 133-cü maddələri ilə iddia qaldırılıb. Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə, onu 5 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Qeyd edək ki, Fatimə əvvəl teatr rejissoru və pedaqoq Mark Rozovski tərəfindən zorlandığını “Rossiya 1” telekanalında Moloxovun proqramında qonaq olarkən etiraf etmişdi.