Müğənni Mətanət Əsədova aparıcı Sərxan Kərəmoğlunun haqqında səsləndirdiyi fikirləri cavabsız qoymayıb.

Open.az xəbər verir ki, ifaçı bir zamanlar yaxın olduğu S.Kərəmoğlunu nankorluqda günahlandırıb:

“Bəy sözü onun adına yaraşmır. Balalarının adına and içib, övladlarının üstündən reytinq yığan adamdan nə gözləyirsiniz? Evimdə çörək kəsib. Onun burnundan gəlsin. Ayıb olsun. Allah onun bəlasını versin”.

Qeyd edək ki, Sərxan Kərəmoğlu aparıcısı olduğu verilişdə Mətanət Əsədovanı Azərbaycan qadının adına ləkə adlandırıb.