ATV kanalında yayımlanan "Bizimləsən" verilişi ötən gün anasını itirən "Toppuş bacı" ləqəbli əməkdar artist Tünzalə Əliyeva ilə telefon əlaqəsi yaradıb.

Open.az xəbər verir ki, aktrisa danışmaqda çətinlik çəkib və ağlamağa başlayıb.

Proqramın aparıcı Zaur Baxşəliyev xərçəngdən əziyyət çəkən "Toppuş bacı"ya başsağlığı verib: "Allah rəhmət eləsin, Tünzalə. Həqiqətən də bu məqamda buna inanmaq istəmirdim. Gəl, möhkəm olaq. İnsan bəzən mübarizə aparanda yaxın adamının başına nə gələcəyini ağlına gətirmir. Biz bəzən biri üçün mübarizə aparırırq. Sən balan üçün mübarizə apardın, amma ananı qoruya bilmədin. Bu həyatdır, gec-tez hamı bu dünyadan köçüb gedəcək".

Əməkdar artist anasının bir müddətdir xəstə olduğunu bildirib: "Anam yemək yeyə bilmirdi. Vəziyyəti çox ağır idi. Gəncəyə apardılar. Bircə gecə qala bildi. Gəldim, dünyasını dəyişdi. Mənə o qədər bəddua etdilər ki... Heç xoşbəxt yaşaya bilmədim. Gözəl anam getdi. Xəstəliyimdən xəbəri yox idi, bilmədi. Deyirmiş ki, siz məndən Tünzaləni gizlədirsiniz".