İmicini dəyişən müğənni Şəbnəm Tovuzlunun özünü məşhur türk həmkarı Sibel Cana oxşatmaq istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Open.az xəbər verir ki, əslində müğənninin saçını kəsdirməkdə məqsədi anasına bənzəmək olub.

Xəzər TV-nin "Hər şey daxil" verilişinə qonaq olan Şəbnəm canlı yayımda anası haqda danışaraq kövrəlib:

“Anam mən doğulduqdan 5-6 ay sonra dünyasını dəyişib. Ondan sonra xalamla böyümüşəm. Bu həyatda nə istəmişəmsə hamısı olub. Tək istəyim budur ki, ölməmişdən öncə bir dəfə anamı yuxuda görüm. Heç vaxt yuxuma girməyib”.

“Anam mən doğulandan 5 ay sonra öldü” – Şəbnəm efirdə ağladı