"Maşın" şounun ilk günündən qruplaşan müğənni Roza Zərgərli və video-bloger Hüseyn Əzizoğlu reper Uranın getməsi ilə avtomobil uğrunda mübarizəyə başlayıb.

Şouda "ana-bala" olaraq tanınan Roza və Hüseyn ikinci final günündə xeyli yorğun görünüb.Verilişdə deyib-gülən Rozadan fərqli olaraq Hüseyn isə sona qədər mübarizə aparacağını açıqlayıb.

Onun bu açıqlamasına müğənninin cavabı gecikməyib:

"Maşını götürüb, çənini doldurub evə gedəcəm. Hüseyn zəifdir. Yemək yemir, su içmir, yerindən tərpənmir. Mən onsuzda qalibəm. Gəlib o qədər iştirakçının arasından üçlüyə çıxmaq, qalibiyyətdir".