Xalq artisti, məşhur bəstəkar-müğənni Emin Ağalarov ABŞ-da seçkilərin nəticələrinə təsir etməkdə günahlandırılıb.

Open.az "TASS"a istinadən xəbər verir ki, Ağalarov "Vice News" telekanalına müsahibə verib. O, sözügedən ittihamlara cavab verib.

Ağalarov heç vaxt ABŞ-da seçkilərin nəticəsinə təsir etməyə cəhd göstərmədiyini bildirib: "Bu ittiham çox qəribə səslənir. Mən Moskvada yaşayan azərbaycanlıyam. Donald Trampı şəxsən tanıyıram. Bu kifayət qədər gülünc ittihamdır".

Qeyd edək ki, Emin Ağalarov aprelin 20-də Demokratlar partiyasının (NKDP) Milli komitəsindən Manhetten dairə məhkəməsinə təqdim edilmiş iddiada təqsirləndirilənlərdən biri kimi göstərilib.

Trampın hakimiyyətə və Rusiya Federasiyası xüsusi xidmət orqanlarına əlaqəli şəxslərlə hansısa məxfi əlaqələrə malik olması iddia olunub.