Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hər iki prezident iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluqlarını dilə gətiriblər.

Putin ilə Ərdoğan arasında görüşün, ABŞ prezidenti Donald Trampın ölkəsinin Türkiyədən polad və alüminium idxalındakı gömrük vergilərini artırdığını açıqladıqdan sonra baş verməsi diqqət çəkib.

Prezidentlər Suriya və Astana prosesinə dair son prosesləri də müzakirə ediblər.