ABŞ prezidenti Donald Trampın yeni avtomobili test yürüşündə görüntülənib.

Open.az “dailymail”ə istinadən xəbər verir ki, milli təhlükəsizlik sirri səbəbiylə avtomobilin texniki özəlliklərinin detalları açıqlanmayıb.

“Canavar” adı verilən “Cadillac” yayın sonunda istifadəyə veriləcək.

Zirehli limuzin ABŞ Gizli Xidməti ilə 15,8 milyon dollarlıq müqavilə qarşılığında xüsusi olaraq istehsal edilib.

Qeyd edək ki, ABŞ prezidentlərinin limuzinlərini 1993-cü ildən bəri “Cadillac” şirkəti istehsal edir.