ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın lideri Kim Çen In arasında Sinqapurda keçirilən görüş təxminən 48 saat davam edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə liderini yalnız bir tərcüməçinin müşayiət etdiyi görüşdən sonra onlar mətbuata açıqlama verib.

Tramp və Kim Çen In jurnalistlərin suallarını cavanlandırıb. ABŞ prezidenti görüşün gözlədiyindən də yaxşı keçdiyini bildirib. O, bundan başqa, bəzi problemlərin birlikdə həll ediləcəyini və məsələlərin birgə müzakirə olunacağını vurğulayıb.

Heyətlərin arasında baş verən görüş təxminən 2 saat davam etdiyi bildirilib. Görüşdə ABŞ Xarici İşlər naziri Mayk Pompeo, Ağ Ev əməkdaşları aparatının rəhbəri Con Kelli, prezidentin mətbuat katibi Sara Sanders, prezident administrasiyasının milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Birləşmiş Ştatların Filippindəki səfiri, KXDR üzrə sabiq xüsusi nümayəndə Son Kim və Asiya üzrə Milli Təhlükəsizlik Şurasının böyük direktoru Mett Pottincer iştirak edib.

Daha sonra ABŞ və Şimali Koreya nümayəndə heyətləri iş yeməyinə keçib. Ziyafətdə ABŞ nümayəndə heyətinə Ağ Ev sözçüsü Sarah Sanders, ABŞ-ın Filippin Səfiri Sunq Kim və Milli Təhlükəsizlik Şurasının Asiya Direktoru Matt Pottingerin də iştirak etdiyi bildirilib.