ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın lideri Kim Çen In arasında Sinqapurda geniş formatda görüş keçirilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, görüş əvvəlcədən planlaşdırıldığı kimi "Capella" mehmanxanasında 48 dəqiqə davam edib.

İki ölkə lideri ABŞ və Şimali Koreya bayraqlarının qarşısında salamlaşaraq obyektivlərə poza verib. Onlar daha sonra təkbətək görüş keçirəcəkləri otağa bərabər daxil olub.

Görüşdə Koreya yarımadasında sülhün təmin edilməsi, Amerika-Şimali Koreya arasındakı münasibətlərin qaydaya salınması məsələlərini müzakirə edilib.