ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın görüşü başa çatıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə liderləri danışıqlardan sonra yekun sənədi imzalayıb.

İmza mərasimində Tramp və Kim Çen İn üçün masaya avtomat qələmlər, eyni zamanda Koreya Xalq Demokratik Respublikasının və ABŞ-ın bayraqları qoyulub.

Tramp jurnalistlərin Kim Çen Inı Ağ Evə dəvət etməklə bağlı sualına "Əlbəttə, dəvət edəcəyəm" deyib.

Şimali Koreya lideri Sinqapurdakı görüş üçün Trampa təşəkkür edib.

ABŞ prezidenti isə öz növbəsində imzaladıqları sənədin böyük işlərə vəsilə olacağını qeyd edib: "Böyük bir problemi həll edəcəyik, bunu bütün dünya üçün edəcəyik. Nüvə silahlardan təmizlənmə prosesi çox sürətli bir şəkildə başlayacaq".