ABŞ prezidenti Donald Tramp Amerika ilə Türkiyə arasında yaşanan krizlə bağlı "Reuters"ə müsahibə verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Tramp açıqlamasında türkləri çox sevdiyini, ancaq sanksiyalarda güzəştə getməyəcəyini bildirib:

"Türkiyəni sevirəm. Türk xalqını çox sevirəm. Sizin də bildiyiniz kimi, bu ana qədər Ərdoğanla da çox yaxşı münasibətim var idi. Onunla yaxşı yola gedirdim. Ancaq təktərəfli yol olmaz. Artıq ABŞ üçün təktərəfli yollar olmayacaq".

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir müqavilə imzaladıqlarını iddia edib. ABŞ prezidenti sözügedən müqavilə çərçivəsində özünün İsraildə məhbus olan türk vətəndaşının sərbəst qalmasını təmin etdiyini, buna qarşılıq da Ərdoğanın keşiş Brunsonı buraxacağını düşündüyünü söyləyib.