Tovuz rayonuna yeni icra başçısı təyin edilib.

Open.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.