Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.

Open.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.