İran parlamentində ABŞ bayrağı və Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə sənəd rəsmi Vaşinqtonun nüvə razılaşmasından çıxmasına etiraz olaraq yandırılıb. Parlamentdə "Amerikaya ölüm" şüarları səsləndirilib.

Open.az TASS-a istinadən xəbər verir ki, hadisə İslami Şura Məclisinin iclasının açılışında baş verib.

İran parlamentinin bir neçə deputatı ölkə rəhbərliyini ABŞ-ın bu qərarına cavab verməyə çağırıblar.