Moskvada rəsmi səfərdə olan prezident İlham Əliyev Rusiyanın prezidenti Vladimir Putinlə görüşüb.

Open.az "TASS"a istinadən xəbər verir ki, görüş Kremldə baş tutub.

Rusiya prezident Vladimir Putin görüşdə Əliyevin ölkəsinə növbəti səfərinin tarixini açıqlayıb. O bildirib ki, İ.Əliyev növbəti dəfə Rusiyaya avqustun 30-da səfər edəcək.

Rusiya və Azərbaycan prezidentləri səfər zamanı ikitərəfli münasibətləri müzakirə edəcək: "Hər iki ölkə arasındakı münasibətləri avqustun 30-da daha ətraflı və geniş müzakirə edəcəyik".

Daha sonra Putin çıxışında Dünya Çempioantında iştirak etmək üçün ölkəsinə səfər edən Əliyevin xoş və səmərəli vaxt keçirəcəyinə ümid etdiyini bildirib.

Rusiya prezidenti Əliyevin səfərdə MDB-dən olan həmkarlarla onları maraqlandıran mövzuları müzakirə edə biləcəyini vurğulayıb.

Azərbaycan prezidenti də çıxışı zamanı Dünya Çempionatına hazırlığın müvəffəqiyyətli tamamlanması münasibətilə Putini təbrik edib: "Əminəm ki, dünyanın bu əsas idman hadisəsi uğurlu olacaq və bütün qonaqlar razı qalacaqlar".