Azərbaycan prezidenti İlham Əliyev bu axşam Brüsselə yola düşəcək.

Open.az xəbər verir ki, bu barədə Azərbaycan və Türkiyə prezidentlərinin Bakıda keçirilən mətbuat konfransında məlumat verilib.

Prezident İlham Əliyev Brüsseldə NATO-nun iclasında iştirak edəcək.

Qeyd edək ki, iyulun 11-12-də NATO-nun 29-cu sammiti keçiriləcək.