Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə görüşüb.

Open.az xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə edildi. Həmçinin ATƏT-in həmsədr ölkələrinin nazirlərinin iyulun 11-də keçirilən görüşü barədə məlumat verildi və ətraflı fikir mübadiləsi aparılı.