Ermənistanın dördüncü prezidenti Armen Sarkisyan maaşından imtina edib.

Open.az “armeniasputnik”ə istinadən xəbər verir ki, Sarkisyanın xeyriyyəçiliklə məşğul olmağa qərar verdiyi bildirilib.

Prezidentin maaşının hansı təşkilata verəcəyi isə deyilməyib.

Qeyd edək ki, Ermənistan prezidentinin maaşı 1 milyon 320 min dram təşkil edir. O, səfir olarkən də maaşından imtina etmişdi.

Həmçinin yeni prezident hələlik xidməti mənzilində deyil, İrəvandakı evində yaşayacaq.