Azərbacanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə təkbətək, heyətlər arası görüşlərdən sonra birgə mətbuat konfransı keçirib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hər iki ölkənin lideri mətbuat konfransında açıqlamalar verib.

Prezident İlham Əliyev çıxışında Türkiyə ilə Azərbaycanın dostluğunun regional sabitlik üçün çox mühüm olduğunu söyləyib: "Biz dostuq, qardaşıq. Ərdoğanın prezident seçilməsindən sonra ilk olaraq buraya gəlməsi də bunu göstərir".

Daha sonra Türkiyə prezidenti çıxış edib: "24 iyun seçkilərindən sonra dünən prezident olaraq and içdim və ilk iş olaraq bu gün səhər qardaş, dost Azərbaycana səfər etməklə vəzifəmə start verdim".

Ərdoğan mətbuat konfransında TANAP layihəsinin hər iki ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Bu layihə bizi ciddi mənada maraqlandırır və bu qardaşlığımızın bir təzahürü kimi böyük əhəmiyyət kəsb edir".