Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdədir.

Open.az xəbər verir ki, Bakıya gələn prezidentin ilk işi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək olub.

Ərdoğan daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

Qeyd edək ki, Ərdoğanı Heydər Əliyev Hava Limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Əyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və başqa rəsmilər qarşılayıb.