Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Open.az xəbər verir ki, sərəncama əsasən, deputatların vəzifə maaşı artırılıb.

Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Bu dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.