Prezident İlham Əliyev İnam Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Open.az xəbər verir ki, sərəncama əsasən, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, İnam Kərimov bu gün kənd təsərrüfatı naziri təyin edilib.

Prezident ASAN-xidmətin sədrini vəzifəsindən azad edib