Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiya prezidenti seçkisi başlayıb.

Open.az "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə akademiyanın hazırki prezidenti, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.

Toplantıda prezident vəzifəsinə namizəd kimi A.Əlizadənin adının gizli səsvermə büllüteninə daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, AMEA prezidenti akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

***

Open.az xəbər verir ki, Akif Əlizadə yenidən AMEA prezidenti seçilib.