Любите Азербайджан (Sevin AZERBAYCANI)

Напечатать Категория: Развлечения » Видео
18 марта 2010 Автор: Моту Просмотров: 7972 Комментариев: 0



Azərbaycanı sevin sevin Azərbaycanı
Bu gün odlu sevgiyə onun ehtiyacı var
Sevin odum ocağım evim Azərbaycanı
İndiki dərtlərinə eşqimiz əlac olar
Azərbaycanı sevin, sevin Azərbaycanı
Kürül-kürül odlanan evim Azərbaycanı
Dünyada vallah belə talehsiz millət olmaz
Nəgədər saxlayallar girov Azərbaycanı
Bu gədər bölgü olmaz, bu gədər sərhəd olmaz
Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı
Az imiş o təzədən, bölünür, parçalanır
Təbriz dərdi üstünə Şuşa dərdi qalanır
Neçə yerə ayrılar Ya İlahi bir bədən
Xırda bir məkan qalıb o boyda bir ölkədən
Tamam, bitər, tükənər, belə getsə amandı
Axı o bir zamanlar nəhəng Azərbaycandı
Zaman-zaman talayıb biçib Azərbaycanı
Bizə miras qoydular kiçik Azərbaycanı
O bizim hamımızın həyacanı, harayı
Birdə axı kim yanar ona bizdən savayı
O bizim ruhumuzda, o bizim qanımızda
Yalnız biz keçməliyik uğrunda canımızdan
Can istəsə can verin sevin Azərbaycanı
Qan istəsə qan verin sevin Azərbaycanı


Любите Азербайджан (Sevin AZERBAYCANI)
Любите Азербайджан (Sevin AZERBAYCANI)
Любите Азербайджан (Sevin AZERBAYCANI)
Любите Азербайджан (Sevin AZERBAYCANI)


Это тем нашим землякам которые живут за границей, и забывших свою РОДИНУ

Recommend us

Рейтинг '+' (72)


Поблагодарили 39 человек(а):
  • img
  • img
  • open.az

Информация

Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии в данной новости.