N.A.D.O. - Bizə qismət ayrılıq (Эксклюзив)

Напечатать Категория: Развлечения » Стихи
15 февраля 2011 Автор: mamedos Просмотров: 7118 Комментариев: 54
N.A.D.O. - Bizə qismət ayrılıq (Эксклюзив)

Великолепный стих от N.A.D.O. эксклюзивно для OPEN.AZ всем юзерам ко дню святого Валентина!

Bizə qismət ayrılıq

Yenə xatırladım səni, neyləyim, unuda bilmirəm,
Özümü ovutsam da qəlbimi ovuda bilmirəm.
Baxıram şəkillərimizə xəyalımda,
Telefonumdan silmişəm, amma qalıb ağlımda.
İstədim gedəm sənlə ilk görüşdüyümüz yerə, amma gedə bilmədim,
Çünki ayrılmağımız da o yerdə olub deyə.
Gələcəyəm bir gün sən yaşadığın ünvana, baxacağam hər yana,
Bəlkə məndən bir xatirə qalıb.
Sən yada salmasan da bəlkə o küçələr məni yada salıb,
Nə bilim...
Biz görüşəndə həmişə hava soyuq olurdu, amma nədənsə hiss etmirdik.
Yenə həmin küçədəyəm, hava soyuq deyil, amma çox üşüyürəm, çox.
Düşünürəm, bir söz tapa bilmirəm.
Ayrılmağımızın səbəbini bilmədiyim üçün bu qədər əzab çəkirəm.
Bilsəm ki, günah məndə olub, yalvarardım bəlkə də Allaha ki, səni mənə bağışlasın,
Bir daha ayırmasın.
Amma səni tanıyıram, dönməzsən inadından.
Desəm əgər ayrılaq, həmin an silərsən həyatından.
Mən olsam bacarmaram, sənə olan sevgimi qüruruma satmaram.
Yalnız sənə görə edərəm bunu, yalnız sənə görə!
Mənliyimi sevgimə taptalatdım, qürurumu alçaltdım,
Ucaltdım sevgimi, sənə olan hissimi,
Qəlbimi qocaltdı məhəbbət tilsimi.
Sən olsaydın etməzdin bu əzabı özünə,
Dinləməzdin məni, haqq verərdin yalnız öz sözünə.
Uca tutardın özünü, əyilməzdin sevginə.
Qəlbinə əzab verərdin, guya almırdın vecinə.
Bəlkə də elə fərqimiz budur, ayrı - ayrı insanlarıq,
Hərənin öz yazısı, bizə qismət ayrılıq.


SÖZ VƏ İFA : N.A.D.O.






n.a.d.o.-bize-qismet-ayriliq-soz-ve-ifa-n.a.d.o..mp3 [3.14 Mb] (cкачиваний: 287)

Recommend us

Рейтинг '+' (16)


Поблагодарили 45 человек(а):
  • img
  • img
  • open.az

Информация

Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии в данной новости.