Про наш Баку...Qismet

Напечатать Категория: Развлечения » Стихи
21 сентября 2012 Автор: multimariw15 Просмотров: 1487 Комментариев: 6
Про наш Баку...Qismet


Bakıya toxundum... əsdi ürəyim,
Toxunmaz olaydım, Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib...

Burdan milyardlarla qonaq ötürüb,
İndi öz-özünə qonaq şəhərim.
Röyadan plastik burun götürüb,
Aygündən silikon dodaq şəhərim.

Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib , qayçılayıb gödəkçəsini
Geyinib əyninə mini bu şəhər.

Götür bu dəsmalı, sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol, amma Bakı ol.

Hər küçən, hər evin qürbət kimidi
Hüznün, yalqızlığın paytaxtı şəhər.
Bəlkə də Bakı bir qədim gəmidi,
Dayanıb Bakını gözləyir Xəzər...?

Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə...

Axır mavi-mavi bəyaz yalanlar,
Utanır, qızarır bəyaz qalanlar,
Qırmızı-qırmızı mavi olanlar,
Gündə bir boyanı yaxır şəhərə...

Bakının yəhəri özündə deyil,
Dolanır özgənin atında Bakı.
Bir günə Dubayda kökələnlərin,
Həm özü, həm cibi “göy” gələnlərin,
Dikdaban geyinmiş göydələnlərin,
Qalıb ayağının altında Bakı.

Bitib iqtidarı, qurtarıb gücü
Səsini itirimiş yalquzaq kimi.
Dilənçi uşağın pul yığmaq üçün,
Asfalta qoyduğu boş papaq kimi-
Kimdənsə mərhəmət umur bu şəhər.

Çırpmır üstündəki torpaqdı, gildi
Qanmır ki, o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər?

Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni...

Bir ömür gözünü yollara dikən,
Tənha qadınların möhnəti Bakı.
Pullu kişilərə baxıb “ah” çəkən,
Pulsuz kişilərin qisməti Bakı-
Bu şeiri sənə ağlamışam...

Про наш Баку...Qismet

Recommend us

Рейтинг '+' (4)


Поблагодарили 7 человек(а):
  • img
  • img
  • open.az
Miss.Bakinka (21 сентября 2012 11:01)
Сейчас: оффлайн
ela beyendim.
 Статус: Всегда найдётся человек, ради которого мы сломаем свои принципы и правила. :: Изменён: 23 мая 2014

Vesalya (21 сентября 2012 13:43)
Сейчас: оффлайн
не поняла sad thankyou
 Статус: Как приятно осознавать, что ты кому то нужен. :: Изменён: 23 января 2014

solniwko107 (21 сентября 2012 20:15)
Сейчас: оффлайн
..... thankyou
 Статус: Завтра свое счастье найдет тот, кто читает этот статус ;) :: Изменён: 22 марта 2013

vinnibalapuxx (22 сентября 2012 00:26)
Сейчас: оффлайн
smile ..........
 Статус: ... :: Изменён: 12 ноября 2014

Leyla Ah. (23 сентября 2012 20:24)
Сейчас: оффлайн
irinlik qalmayb irinliyindn,
Qadnlar soyunub xr hr.
Mavi ekranlarn drinliyindn,
Masmavi “kiilr” axr hr... smile laughing
 Статус: Хороший друг - как ветер при ненастье , oн унесёт и горе и беду , люблю друзей надежных , настоящих . Ценю...и их Благодарю!!! :: Изменён: 24 мая 2012

Muslimah77 (9 декабря 2012 22:26)
Сейчас: оффлайн
spasib
 Статус: Те кто говорит, что ислам у меня в сердце, подобно тому, что сдавать чистый листок бумаги учителю на экзамене и сказать: Знания у меня в мозгах! :: Изменён: 17 августа 2013

Информация

Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии в данной новости.