H.O.S.T - Azad Azerbaycan

Напечатать Категория: Развлечения » Музыка
11 августа 2009 Автор: Pussy Просмотров: 16914 Комментариев: 1


azad-azerbaycan.mp3 [3.94 Mb] (cкачиваний: 1125)


Təsəvvür elə ki, sən doğulmusan Əfqanıstanda,
Ölüb yaxınların, sən də şikəst tək ayaqla..
Təsəvvür elə ki, sən doğulmusan Çeçenistanda,
Məktəb sinifləri, tüstü, bomba, güllə altında..
Şimali Koreyada, həm də təksən,
Həyatın qəfəslərdə, doğmalar torpaqda..
Düşün ki, Afrikada, tanınmayan bir ölkədə,
Ölümcül xəstəliklər, humanitar yardımlar..
Ya da ki, İranda, məcburi qara çadra,
Asılmaq, kəsilmək, əzilmək, şallaq, molla..
Təsəvvür elə ki, sən doğulmusan Ermənistanda,
Oyuncaq vətəndaşsan, yalan və yaltaqlıqla..
Ya da ki, Gürcüstanda, yox nə suyun, nə qazın,
Sən hər bir nəfəsinlə, qonşu dövlətlərdən asılı..
Ya da ki, doğulmusan sən kasıb Pakistanda,
Düşmənin kiçik Erməni yox, böyük Hindistandı..

Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan..
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim Vətənim, Azərbaycan..
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl üçrəngli bayrağından,
Gözəlim, gözəlim, Azərbaycan..

Təsəvvür elə ki, sən doğulmusan Fransada,
Tələbələr yandırır sənin BMW’vi..
Ya da ki, New Yorkda, göydələnin başında,
11 Sentyabr, sənin pəncərənə təyyarə gəlir..
Sən yaşaya bilərdin Fidel’lə Kubada,
Amma ki, ölkədən çıxmaq orda qadağandı..
İspaniyada öküzlər, Çikaqo qasırğalar,
Yaponiya zəlzələ, Tibetdə yenə dumandı..
Bəlkə sən istiyərdin yaşayasan Rusiyada,
Ölkənin çox hissəsi sərxoş və narkomandı..
Ya da Braziliyada, dağılmış bir ailədə,
Bilmirsən uşağın kim, ya da ki, hansınnandı..
Bu nə qərib zamandı, hər yer müharibələr,
Böyüklər pul qazanır, qan ağlayır körpələr..
Hər yerdə əxlaqsızlıq, cinayətlər kölgədə,
Amma ki, qorxmuram mən, hələ ki, öz ölkəmdə..


Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan..
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim Vətənim, Azərbaycan..
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl üçrəngli bayrağından,
Gözəlim, gözəlim, Azərbaycan..


İndi şükr elə ki, doğulmusan Azərbaycanda,
Var evin, var çörəyin, var ailən, var köməyin..
Təhsili bəyənmirsənsə, satışda kitablar var,
Hər şey səndən asılıdır, axtarma günahkarlar..
Dön geri, bax həyatına, gözlərin kor deyil axı,
İnkişafdadı ölkəmiz, amma cəmiyyət hələ də taxta..
Gəlin boş durmaqdansa, biz də dəstək olaq,
Axı biz vətəndaşlarıq, gəlin ölkəmizi quraq..
Hərədən bir kərpic, hərə bir ağac əkək,
Uşaqlar evinə yardım, ildə bir qan verək..
Düzdü var toz-torpaq, Bakı küləkli şəhər,
Amma hərə öz həyətini təmizlə hər yer təmizlənər..
Qayıdar Qarabağ da, bəlkə çatdırsaq dünyaya,
Məktublar forumlarda, xarici saytlarda..
Bura mənim vətənim, mənə ən doğma məkan,
Mənim azadlığım, bizim Azad Azərbaycan!!!


Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan..
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim Vətənim, Azərbaycan..
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl üçrəngli bayrağından,
Gözəlim, gözəlim, Azərbaycan..

winked winked winked

Recommend us

Рейтинг '+' (148)


Поблагодарили 97 человек(а):
  • img
  • img
  • open.az

Информация

Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии в данной новости.