Zərdab rayonunda 9 ton çətənə kolu tapılıb.

Open.az DİN-ə istinadən xəbər verir ki, Zərdab rayonunun Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 8 ton 835 kiloqram olan 5493 ədəd çətənə kolu götürlərək məhv edilib.

Faktla bağlı araşdırma aparılır.