Türkiyənin Konya şəhərində yeznə ilə qayının davası faciə ilə nəticələnib.

Open.az “haberler”ə istinadən xəbər verir ki, Cevdet Ö. Adlı şəxs həyat yoldaşıyla mübahisə edərək evdən gedib.

Bir müddətdən sonra qayınları Muhammed, Şahin və Fatih Sağaslan onun atasının evinə gedərək ov tüfəngi ilə havaya atəş açıblar.

Qayınlar ilə yeznə arasında baş verən mübahisə daha sonra davaya çevrilib.

Cevdet Ö. dava zamanı qayınlarını bıçaqlayıb. Fərqli xəstəxanalara yerləşdirilən qardaşlardan Fatih Sağaslan vəfat edib.

Muhammed Sağaslanın isə həyati təhlükəsi davam edir.

Cevdet Ö. saxlanılıb və barəsində cinayət işi açılıb.