Bakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sabah Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Open.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

Şəfiqə