Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun axtarışları başa çatıb.

Open.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, C.Məmmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.