Türkiyənin Esentepeli futbolçusu Şahin Şəkərin xanımı Laura Ceyn, Şimali Kipr Türk Cümhuriyyətində keçirdiyi yol qəzası nəticəsində faciəvi şəkildə həyatını itirib.

Open.az Haber Türk-ə istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətindəki (Şimali Kipr) Girne- Şirinsu yolunda, nəzarətdən çıxıb, yuvarlanan avtomobilin sürücüsü Şotlandiya əsilli Laura Ceyn Şəkər (27), həyatını itirib. Esentepeli futbolçu Şahin Şəkərlə xanımı Laura Ceynin, Uğur adında 5 aylıq körpələrinin olduğu öyrənilib.