Türkiyənin Konya şəhərinin Ilgın bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, qəza zamanı avtomobil TIR-ın altına girib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

TIR-ın sürücüsü saxlanılıb. Hadisə barədə istintaq başladılıb.