Türkiyədə Hakkari əyalətinin Çukurca rayonunda terrorçular hərbi karvana hücum təşkil edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 2 hərbçi şəhid olub, 1-i yaralanıb.

PKK terrorçuları postdan qayıdan hərbi avtomobillərə raketdən atəş açıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.