İstanbulun ortasında taksi sürücüsünün Ərəb əsilli gənc qızı əvvəl düyüb sonra da avtomobildən atdığı iddia edilib.

Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun ən qaynar küçələrindən biri olan Taksimdə iddiaya görə,bir taksi sürücüsü ilə Ərəb əsilli müştəri arasında mübahisə yaranıb. Səbəi bilinməyən mübahisədən sonra taksi sürücüsü gənc qızı taksidən çölə atıb. Özü də maşından düşən sürücü ilə gənc qız arasında baş verən mübahisə davam edib. Taksi sürücüsünün gənc qızı döydüyü iddia edilib. Hadisədən sonra gənc qızın göz yaşları axıtdığı deyilir.