Sumqayıtda ər içki üstündə arvadını döyüb.

Open.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Novruz qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü İsmayılova Hürü Nazim qızı yaşadığı Sumqayıt şəhəri Novruz qəsəbəsi ev 11 mənzil 1 də əri tərəfindən döyülüb. Qadın aldığı ağır xəsarərlərlə xəstəxanaya çatdırılıb.

Məlumata görə , ər içki üstündə arvadını döyərək xəstəxanalıq edib. Faktla bağlı araşdırma aparılır.