Sumqayıtda üzərinə qaynar su tökülən 1-ci sinif şagirdi yanıq xəsarəti alıb.

Open.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi "Gecə qondu" məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Rüstəmov Əli Fikrət oğlu ehtiyatsızlıq nəticəsində qaynar sudan ağır yanıq xəsarətləri alıb.

Azyaşlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.