Yəməndən Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan şəhərinə raket atılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hava müdafiə sistemi tərəfindən raket hücumunun qarşısı alınıb.

Koalisiya sözçüsü Turki Əl Maliki Səudiyyə mətbuatına açıqlama verərək, raketin Cizandakı yaşayış bölgələrindəki hər hansı bir itkiyə yol açmadığını bildirib.