Yəməndəki Husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cazan şəhərinə balistik raket atıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası "Əl-İhbariyyə" məlumat yayıb.

Raket hava müdafiə qüvvələri tərəfindən Cazan şəhəri səmalarında məhv edilib.

Raketin El-Faysal hərbi bölgəsini hədəf aldığı bildirilib.