Ötən gün Çinin Şanxay şəhərində bıçaqlanma hadisəsi olub.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şanxay polisi məlumat verib.

Bıçaqlı şəxs ətrafdakı insanlara hücum edib və onlardan 3-nü öldürüb. 5 nəfəri isə yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təcavüzçünü saxlayıblar.

Polisin məlumatına görə, təcavüzçü işsiz olduğuna görə psixi problemləri olub və tez-tez qonşuları ilə dalaşıb.