Salyanda ağır yol qəzası baş verib.

Open.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sarvan kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusların toqquşması zamanı Astara sakini, 1971-ci il təvəllüdlü Quliyeva Reyhan Orucəli qızı, Lənkəran sakini, 1975-ci il Muradov Cavanşir Cahangir oğlu, Astara sakini, 1966-cı il təvəllüdlü Nəsirov Cəfər İsmayılağa oğlu, Astara sakini, 1971-ci il təvəllüdlü, Hüseynov Teymur Nurəddin oğlu, Astara sakini, 1976-cı il təvəllüdlü Cəfərov Kamran İsimxan oğlu, Lənkəran sakini, 1980-ci il təvəllüdlü Hüseynov Asəf Ağəli oğlu, habelə mikroavtobuslardan birinin sürücüsü - Astara sakini, 1975-ci il təvəllüdlü Rüstəmov Elşən Əziz oğlu, Astara sakini, 1997-ci il təvəllüdlü Nəzərova Aytac Müqəssir qızı, Astara sakini, 1991-ci il təvəllüdlü Nəzirli Cəmil Cəfərağa oğlu, habelə digər mikroavtobusun sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.