Sabahdan bütün müsəlman dünyasının müqəddəs ayı - Ramazan başlayır.

Open.az-ın məlumatına görə, Bakıda bəzi kafe və restoranlar artıq müştərilərə iftar və imsak menyuları təklif edirlər. Sahur və iftar süfrəsi menyudan asılı olaraq adambaşı 15-25 manata başa gəlir.

“Özsüt Baku” restoranı bu il Ramazan ayı üçün həm sahur, həm də iftar menyusu təklif edir. Sahur menyusunun qiyməti 13 manatdır. Menyudan istifadə 7 yaşa kimi uşaqlara pulsuz, 7 yaşdan 15 yaşa kimi 50 faiz endirimlə təklif edilir. İftar menyusu isə 22, 26, 30 manat arasında dəyişir.

Restoranlarda sahur və iftar menyularının qiymətləri neçəyədir?“Dafne restaurant”da sahur menyusu 15 AZN-ə təklif edilir. İftar menyusu isə 25 AZN-dir.

"MADO Azərbaycan” restoranında sahur 13, iftar menyusu isə 22 AZN-ə təklif edilir.

“Kolorit Cafe&Dining” bir iftar menyusu təklif edir və onun qiyməti 14 AZN-dir.

Digər restoranlarda isə menyu açıqdır. Müştəri seçdiyi məhsula görə pul ödəyir.

QMİ-nin “Fətva və moizə şöbəsi"nin aparıcı mütəxəssisi Hacı Ağarəşid bildirib ki, İslam dini israfa qarşıdır: "Dinimiz israfı haram buyurub. İsrar olunur ki, insanlar israfdan çəkinsinlər. Amma demək olmaz ki, 15 manatlıq iftar olar ya olmaz? Dinimizin yardımlaşmaq və israf etməmək kimi qaydaları var. Bahalı süfrələr bəyənilən deyil. Allah Quranda da buyurub ki, Ramazan ayında bir-birinizə ehsan verin. Ramazan ayında savab qazanmaq üçün böyük şanslardan biri də kiməsə kömək etmək, ehsan verməkdir”.

Şəfiqə Nazimqızı

Restoranların bahalı iftar menyusu: 22, 25, 30 manat...

Restoranların bahalı iftar menyusu: 22, 25, 30 manat...