Bu gün səhər saatlarında Qaradağ rayonunda avtobusun aşması nəticəsində 1 nəfər sərnişin dünyasını dəyişib, 20-dən çox insan isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların son vəziyyəti ilə bağlı Open.az-a açıqlama verən 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov bildirib ki, qəza nəticəsində xəstəxanaya müraciət edən 21 nəfərdən 15-i evə buraxılıb:

"Qalan 6 nəfərdən də 2-si günün sonuna kimi xəstəxanadan çıxacaq. Hamısı yüngül bədən xəsarətləri alıb. Yalnız iki nəfərin qabırğası sınıb".

Şəfiqə Nazimqızı