Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Open.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal ərazisində qeydə alınıb.

Yük avtomobili digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

***

Məsələ ilə bağlı Open.az-a Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildiriib ki, bu gün səhər aatlarında Qaradağ rayonu ərazisində "Kamaz" markalı yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb: "Nəticədə, avtobus aşıb. Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hal-hazırda hadisə yerindədir".

Fotolar Elxan Qəniyevə məxsusdur.

***

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

Open.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb. Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

Şəfiqə